
Koronavirusdan öləcək qadın bu dərmanla sağaldı

Koronavirüsdən ölmək ərəfəsində olan İngiltərənin Şeffild şəhər sakini, bir sınaq dərmanı sayəsində xilas olub və vəziyyəti yaxşılaşıb.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, 45 yaşlı Kler Heytorn noyabr ayının əvvəlində xəstəliyə yoluxub, bir neçə həftə komada olub. Həkimlər hansısa anda onun yalnız üç gün ömrü olduğunu deyiblər.
Dekabrın 3-də ona romatoid artritin müalicəsində tez-tez istifadə olunan “Anakinra” dərmanı vurmaq qərarına gəliblər.
Qohumları dekabrın 8-də qadının kəskin şəkildə sağalmağa başladığını və dekabrın 11-nə qədər adını çəkəndə reaksiya göstərməyə, əlini tərpətməyə başladığını və sonra tədricən komadan çıxdığını deyiblər.
“Anakinra” dərmanının Heytornun orqanizminə necə təsir göstərdiyi məlum deyil. İngiltərəli qadını müalicə edən həkimlər baş verənləri “anadangəlmə möcüzə” adlandırıblar.

Oxşar yazılar

Koronavirus qaradərili insanları daha çox öldürür - ARAŞDIRMA
27 yanvar 2021 , 19:55
"Növbəti pandemiya on qat daha pis ola bilər" - Bill Qeyts
27 yanvar 2021 , 19:23
"Ölüm həkimi" - Çarpayı boşaltmaq üçün COVID-19 xəstələrini...
27 yanvar 2021 , 16:10
Pandemiyanın Çin sirri - HÖKUMƏT GİZLƏDİRMİŞ
26 yanvar 2021 , 17:49
“Mixək, sarımsaq, alkoqol müalicə üsulu deyil” –“Haran ağrıyır?”
26 yanvar 2021 , 16:39
“Peyvəndlər COVID-19-un yayılacaq yeni növü qarşısında aciz qalacaq” - VİRUSOLOQ
26 yanvar 2021 , 12:04
Mutasiyaya uğramış koronavirusun gizli təhlükəsi - Azərbaycanlı alim
25 yanvar 2021 , 13:07
Şərbət içən səhiyyə naziri koronavirusa yoluxdu
23 yanvar 2021 , 19:12