Arıqlamaq üçün səhərlər nə yeməliyik? - Diyetoloqdan məsləhət
18 iyun 2025 07:41 (UTC +04:00)

Arıqlamaq üçün səhərlər nə yeməliyik? - Diyetoloqdan məsləhət

Arıqlamaq istəyən insanlar üçün səhər yeməyi düzgün planlaşdırılsa, artıq çəkidən qurtulmaq daha asan ola bilər.

Lent.az xəbər verir ki, bu barədə rusiyalı diyetoloq Yuliya Çexonina danışıb.

Mütəxəssis bildirib ki, səhər yeməyi gün ərzində enerji balansını tənzimləyir, həddindən artıq yeməyin qarşısını alır və maddələr mübadiləsini sürətləndirir.

"Səhər acqarına bir stəkan su içmək mədə fəaliyyətini aktivləşdirir, bu da həzm prosesinə müsbət təsir göstərir. Bundan əlavə, səhər içilən kofe qan damarlarına faydalı təsir edir və bədənin oyanmasına kömək edir", - deyə Çexonina qeyd edib.

Onun sözlərinə görə, səhər yeməyi yuxudan oyandıqdan ən gec yarım saat sonra qəbul edilməlidir. Bu zaman menyuda mütləq zülalla zəngin qidalar - yumurta, kəsmik və ya yoğurt yer almalıdır.

Diyetoloq sıyıqları (yarmaları) şəkərlə deyil, təbii alternativlərlə - giləmeyvə və ya quru meyvələrlə şirinləşdirməyi tövsiyə edib.

Mütəxəssisin fikrincə, bu sadə qaydalara əməl etməklə səhər yeməyi bədəni formada və sağlam saxlamaq, arıqlamaq istəyənlər üçün mühüm vasitəyə çevrilə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 540

Oxşar yazılar

Yumurtalı kartofun  bilmədiyimiz FƏSADLARI

Yumurtalı kartofun bilmədiyimiz FƏSADLARI

17 may 2025 , 19:05
Tünd şokolad qan təzyiqini endirir

Tünd şokolad qan təzyiqini endirir

15 may 2025 , 15:50
Çay və şokolad qan təzyiqinin  azaldılmasına yardımçı ola bilər

Çay və şokolad qan təzyiqinin azaldılmasına yardımçı ola bilər

15 may 2025 , 05:33
Uzunömürlü insanlar bu qidaları yeyirlər - SİYAHI

Uzunömürlü insanlar bu qidaları yeyirlər - SİYAHI

5 aprel 2025 , 18:16
Ürəyinizi  bütün xəstəliklərdən   qoruyan QİDA

Ürəyinizi bütün xəstəliklərdən qoruyan QİDA

14 fevral 2025 , 17:43
Daha  yavaş qocalmaq   üçün QOZ YEYİN

Daha yavaş qocalmaq üçün QOZ YEYİN

12 fevral 2025 , 14:41
Qreyfrut yeyəndə  orqanizminizdə   nə baş verir?

Qreyfrut yeyəndə orqanizminizdə nə baş verir?

7 fevral 2025 , 14:28
Qırmızı çuğundurun insan orqanizminə TƏSİRİ

Qırmızı çuğundurun insan orqanizminə TƏSİRİ

6 fevral 2025 , 11:45