İsrailli alimlər süd istehsalında inəklərdən istifadəni azaltmağa imkan verə biləcək yeni texnologiya üzərində işləyirlər.
Lent.az xəbər verir ki, tədqiqatçılar bitkilərdən istifadə etməklə real süd zülallarının istehsalına nail olublar.
Yeni üsul südün əsas komponentlərindən olan zülalların bitkilərdə hazırlanmasına əsaslanır. Beləliklə, heyvan yetişdirmədən süd məhsullarının hazırlanması mümkün ola bilər.
Tədqiqatçıların fikrincə, texnologiya gələcəkdə süd məhsullarının istehsalında torpaq və su ehtiyacını, həmçinin heyvandarlığın ətraf mühitə təsirini azaltmağa kömək edə bilər. Bununla yanaşı, məhsulun ənənəvi süd zülalına mümkün qədər yaxın olması əsas məqsədlərdən biridir.