“Azərbaycan birtərəfli qaydada Ermənistana tətbiq etdiyi bütün tranzit məhdudiyyətlərini aradan qaldırıb”.
Lent.az xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bildirib.
Dövlət başçısı qeyd edib ki, Rusiyadan, Qazaxıstandan və digər ölkələrdən Ermənistana Azərbaycan ərazisindən keçməklə 40 min tondan çox müxtəlif yük daşınıb.