Bu şirniyyat səhər yeməyi üçün, çay və ya qəhvə yanında, həmçinin uşaqlar üçün məktəbə qəlyanaltı kimi və ya işə, yola götürmək üçün ideal seçimdir.
Lent.az bu resepti təqdim edir:
Tərkibi
Buğda unu - 350 qram
Xama (20 faiz) - 230 qram
Yumurta - 3 ədəd
Şəkər - 180 qram
Qabartma tozu - 10 qram
Vanilli şəkər - 10 qram
Duz - bir çimdik
Şəkər pudrası - üzəri üçün
Hazırlanma qaydası
Əvvəlcə ələnmiş unun içinə qabartma tozunu əlavə edib qarışdırın. Ayrı qabda yumurtaları şəkər və bir çimdik duz ilə yaxşıca çalın. Üzərinə xama və vanilli şəkər əlavə edib qarışdırın. Daha sonra unu hissə-hissə əlavə edərək homojen kütlə alınana qədər qarışdırın.
Hazırlanmış xəmiri qəliblərə 2/3 hissə qədər doldurun, səthini düzəldin və əvvəlcədən 180 dərəcəyə qədər qızdırılmış sobada 20-25 dəqiqə bişirin. Keksləri sobadan çıxardıqdan sonra bir qədər soyudun, qəlibdən çıxarın və üzərinə şəkər pudrası səpin.
Nuş olsun!