Türk naşirindən Azərbaycana dair məruzə
28 yanvar 2016 23:20 (UTC +04:00)

Türk naşirindən Azərbaycana dair məruzə

İstanbuldakı “Post” nəşriyyatının sahibi, müəllim və yazar  Hayri Ataş, Türkiyə-Azərbaycan münasibətlərinin bugünkü vəziyyəti, iki ölkə arasındakı təhsil, nəşr və mədəniyyət əlaqələrinin inkişaf yolları barədə məruzə edib. APA-nın Türkiyə müxbirinin məlumatına görə, ”Timaş” nəşriyyatının binasında gerçəkləşdirdiyi məruzəsində Hayri Ataş   2010-2015-ci illər arasında Azərbaycanda işlədiyi müddətdə gördüyü hərarətli münasibətdən danışıb: “Azərbaycanda küçəyə  çıxıb istənilən vətəndaşdan Türkiyəni soruşsanız, ən azı 30 dəqiqə danışa bilər. Türkiyədə isə  barmaqla sayılacaq dərəcədə az insan Azərbaycan barədə 3-5 cümlə deyə bilir. Azərbaycanda qarşılaşdığınız fərdi hadisələri cəmiyyətin hamısına şamil etmək doğru deyil. Təhsil sahəsində əlaqələrimizin gücləndirilməsi işində çox geridə qalmışıq, Türk dövlətinin bu işə sistematik şəkildə dəstək verməsi lazımdır. Mədəniyyət sahəsində Azərbaycan nəinki Şərqin, dünyanın ən öndə gələn ölkələrindən biridir, Türkiyə o xəzinədən lazımi şəkildə istifadə etməlidir”, deyə yazar-müəllim-naşir Hayri Ataş vurğulayıb.

 

Məruzənin sonunda Hayri Ataş, Türkiyənin tanınmış şairi Yavuz Bülənt Bakilərin və Azərbaycan ədəbiyyatının tərcüməçisi və tədqiqatçısı Yusif Gədiklinin suallarını cavablandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 371

Oxşar yazılar

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28
Yayda izləyə biləcəyiniz  5 film   -VİDEO

Yayda izləyə biləcəyiniz 5 film -VİDEO

5 iyun 2025 , 19:07