Anar özünə müavin təyin edib
19 dekabr 2014 15:24 (UTC +04:00)

Anar özünə müavin təyin edib

0

Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat xidmətinin rəhbəri, şair Xəyal Rza Beynəlxalq Mahmud Kaşğarlı Fondunun rəhbərinin müavini təyin edilib.

 

Bu barədə APA-ya Xəyal Rza özü məlumat verib. X. Rza bildirib ki, bununla bağlı fondun rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar tərəfindən bu gün əmr imzalanıb: “Anar müəllimin rəhbərliyi altında fond bundan sonra böyük ədəbi layihələrə imza atacaq”.

 

Qeyd edək ki, Beynəlxalq Mahmud Kaşğarlı Fondu türkdilli ölkələrdə fəaliyyət göstərir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 402

Oxşar yazılar