Xalq artisti  xəstələndi,   tamaşa təxirə salındı
12 yanvar 2023 12:57 (UTC +04:00)

Xalq artisti xəstələndi, tamaşa təxirə salındı

Xalq artisti Məleykə Əsədova xəstələnib. 

Bu barədə Lent.az-a aktrisa özü məlumat verib.

O qeyd edib ki, möhkəm soyuqlayıb. “Hər gün iynə vurdurmaq üçün xəstəxanaya gedib-gəlirəm. Evdə sistem qoşdurmağa qorxuram. Damarlarım incədir, hər adam damarıma düşə bilmir. Özünüzü qoruyun, çox pis qriplər yayılıb”,-  o qeyd edib.

Aktrisa yanvar ayının 15-də Akademik Milli Dram Teatrında “Xurşidbanu Natəvan"  tamaşasında baş rolda oynayacaqdı. O bildirib ki, xəstələndiyinə görə tamaşa təxirə salınıb.

“İnşallah, sağalım, tamaşa yanvarın 26-da oynanılacaq”,- o vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2298
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar