Habil Əliyev Niyaməddin oxuyanda gözünü yumub nə arzu edirmiş? - Məşhurlardan GÜLMƏCƏLƏR
07 iyun 2022 19:44 (UTC +04:00)

Habil Əliyev Niyaməddin oxuyanda gözünü yumub nə arzu edirmiş? - Məşhurlardan GÜLMƏCƏLƏR

Habil Əliyev Niyaməddin oxuyanda gözünü yumub nə arzu edirmiş?

Lent.az-ın "Məşhurlardan gülməcələr" layihəsində növbəti yazımızı təqdim edirik.
Bu rubrikamızda Azərbaycanın tanınmış simalarının başına gələn məzəli hadisələr, onların dilindən səslənmiş maraqlı ifadələr, olaylar barədə danışacağıq. Axı heç bir lətifə boşuna yaranmayıb. Gəlin, birlikdə eşidək, birlikdə gülək.

Kamança ustası, Xalq artisti  Habil Əliyev həm duzlu-məzəli deyimləri, həm də xəsisliyi ilə ad çıxarmışdı. Bir gün xanəndə Əbülfət Əliyev ona deyir.
- Habil, Cabbarın (Cabbar Qaryağdı oğlu) qəbrini ziyarət elədim, ürəyim pis oldu. O boyda sənətkarın qəbri itib-batır, nə də olsa bizdəndi, gəl pul qoyaq, onun qəbrinin üstünü götüzdürək.
Habil Əliyev üzünü turşudur.
- Əbili, sən özün pul qoy, abadlaşdır. Qəbrin üstünə də yazdır, “Əbülfət Əliyev adına Cabbar Qaryağdıoğlunun qəbri”.

****
Bir gün Habil Əliyevin Ağdaşdan iki tanışı zəng edir ki, işimiz var səni görmək istəyirik, gəl bulvara. O da gedir.  Həmyerliləri hərəsinin bir ayağı olmayan iki veteranmış. Bir az söhbətləşirlər. Habil Əliyevə xanımından zəng gəlir, soruşur ki hardasan? O da zarafatla cavab verir. “ Heç nə, burlvarda iki tək, bir cüt gəzirəm”.

***
Habil Əliyev Niyaməddin Musayevin səsini sevsə, xarici görünüşünü bəyənməzmiş, elə üzünə deyərmiş ki, sən də məndən beş betər kifirsən. Bir gün efirdə Niyaməddin Musayev oxuyarkən, zövqlə onu dinləyir və gözlərini yumur.
“Kaş Niyammədin oxuya, amma ekranda Sofiya Rotarunu göstərələr”

***

90-cı illərin sonunda gənc müğənnilərin sponsor hesabına meydan suladığı dövrdə Habil Əliyevdən soruşurlar.
- Sənətkar, sənin də sponsorun var?
- A bala boş- boş danışmayın, yekəburun kişinin sponsoru olmur. Bu boyda burunla kimdi mənə sponsorluq edən?
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4710
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar