Barış Manço  filmi niyə ləğv edildi?
26 aprel 2025 14:45 (UTC +04:00)

Barış Manço filmi niyə ləğv edildi?

Türk musiqisinin əfsanəvi siması Barış Mançonun həyatından bəhs edən film layihəsində rol alacağı deyilən aktyor Ekin Koç, layihənin niyə ləğv edildiyini açıqlayıb.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ekin Koç bu filmin çox maliyə tələb edən layihə olduğunu bildirib.

"Açığı, mən çox təəccüblənmədim, çünki bu, çox maliyyətli bir layihə idi. Barış Mançonun 1960, 1970, 1980 və 1990-cı illərini əhatə edən produksiya və məkan baxımından çox çətin bir layihə idi. Belçika və Fransa mərhələlərinin olması da çox çətin idi. Ümumiyyətlə, bunu həyata keçirmək üçün ortaya çıxmaq belə kifayət qədər çılğınlıq idi məncə. Mən yenə də layihənin təxirə salındığını düşünürəm. Bəlkə, daha yaxşı şərtlərlə yenidən bir araya gələ bilərlər, niyə də olmasın?" – deyə, o qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 478

Oxşar yazılar