Alimlər Da Vinçinin əsərlərindəki  gizli riyaziyyatı   kəşf etdilər
18 fevral 2025 15:07 (UTC +04:00)

Alimlər Da Vinçinin əsərlərindəki gizli riyaziyyatı kəşf etdilər

Leonardo da Vinçi və Piet Mondrianın əsərlərində çəkdikləri ağaclar, budaqlarının naxışlarında gizli olan riyaziyyat var.

Lent.az-ın xarici mənbəyə istinadən verdiyi xəbərə görə, alimlər hesab edir ki, bəzi rəsm əsərlərindəki bu gizli riyaziyyat, insanların sənət əsərlərində ağac şəkillərini tanıma qabiliyyətinin əsasını təşkil edə bilər. Təbii mühitdə ağaclar, "özünə bənzəyən" budaqlanma naxışına riayət edirlər ki, bu da fraktal adlanır və burada eyni strukturlar gövdədən budağın ucuna qədər daha kiçik ölçülərdə təkrarlanır.

Alimlər sənət əsərlərindəki ağac şəkillərində budaqların qalınlığının miqyasını riyazi cəhətdən təhlil ediblər. "Biz ağacları sənət əsərlərində özünə bənzəyən, fraktal formalar kimi təhlil edirik və biologiyada inkişaf etdirilən budaqların qalınlığı nəzəriyyələri ilə əsərləri empiriki şəkildə müqayisə edirik", - araşdırmaçılar izah ediblər.

Leonardo da Vinçi ağacların budaqlarının qalınlığının budaqlanma prosesi ilə eyni səviyyədə qalmasını müşahidə edib. O, müxtəlif budaqların diametrləri arasındakı əlaqələri müəyyənləşdirmək üçün α adlı bir parametrdən istifadə edib. O, iddia edib ki, əgər bir budağın qalınlığı, iki kiçik budağının cəm qalınlığına bərabərdirsə, α parametri 2-yə bərabər olacaq.

Alimlər dünyanın müxtəlif yerlərindən olan sənət əsərlərindəki ağacları təhlil ediblər, o cümlədən XVI əsrin Ahmedabad şəhərindəki Sidi Saiyed məscidindəki ağaclar, Edo dövrünün Yapon rəsm əsərləri və XX əsr abstrakt sənəti. Onlar tapıblar ki, bu sənət əsərlərindəki α dəyərləri 1.5-dən 2.8-ə qədər dəyişir, bu da təbii ağacların α dəyərlərinin diapazonuna bənzəyir.

"Biz α-nı 1.5 ilə 2.8 arasında tapırıq, bu da təbii ağacların diapazonuna uyğun gəlir. Fraktal ölçülük müxtəlif ağaclar və şəkillər arasında əhəmiyyətli dərəcədə fərqlənməsinə baxmayaraq, biz tapdıq ki, böyük sənət əsərlərinin tematik tədqiqatlarında fərqli mədəniyyətlər və dövrlər arasında α-nın diapazonu təbii ağacların diapazonuna uyğun gəlir", - araşdırmaçılar bunu çıxardıqları nəticə olaraq bildiriblər.

Hətta 1912-ci ildə Piet Mondrianın “Grey Tree” adlı abstrakt rəsmində, harada ki, ağacın rəngləri vizual olaraq görünmür, əgər realist α dəyərindən istifadə edilsə, ağaclar kimi tanına biləcəyini vurğulayıblar.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2756

Oxşar yazılar

Şair Məmməd İsmayıl vəfat etdi

Şair Məmməd İsmayıl vəfat etdi

19 avqust 2025 , 16:29
Kefinizi açacaq 6 komediya serialı

Kefinizi açacaq 6 komediya serialı

19 avqust 2025 , 13:57
"Avroviziya"nın  loqosu yeniləndi

"Avroviziya"nın loqosu yeniləndi

19 avqust 2025 , 09:37
Vuqar Babanlı: “Atamın vicdanı heç vaxt susmayıb”

Vuqar Babanlı: “Atamın vicdanı heç vaxt susmayıb”

17 avqust 2025 , 13:34
Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olundu -FOTOLENT

Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olundu -FOTOLENT

17 avqust 2025 , 12:01
Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olunacaq - YENİLƏNİB

Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olunacaq - YENİLƏNİB

16 avqust 2025 , 19:19
Tanınmış yazıçı vəfat etdi

Tanınmış yazıçı vəfat etdi

14 avqust 2025 , 18:29
Prezidentdən Afaq Bəşirqızı ilə bağlı SƏRƏNCAM

Prezidentdən Afaq Bəşirqızı ilə bağlı SƏRƏNCAM

14 avqust 2025 , 13:15