Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikası Gənclər Fondunun ölkədə tətbiq edilən xüsusi karantin rejimi ilə bağlı insanların evdə asudə vaxtlarını səmərəli keçirməsi məqsədilə başladıqları “Muzeylərə virtual səyahət” layihəsinin növbəti videoçarxı yayımlanıb.
Gənclər Fondundan Lent.az-a bildiriblər ki, “Evdə qal və evdə öyrən” çağırışı ilə həyata keçirilən bu layihə ölkədə fəaliyyət göstərən muzeylərə virtual səyahət edərək vətəndaşların ölkəmizin tarixi, mədəniyyəti və incəsənəti ilə daha yaxından tanış olmasına imkan yaratmaqdadır.
Layihə çərçivəsində növbəti səyahət dövlətçilik tariximizin ilk muzeyi olaraq xalqımızın istiqlalı uğrunda apardığı mübarizəni nümayiş etdirən Azərbaycan İstiqlal Muzeyinədir. İstiqlal Muzeyinin mədəni varisi kimi, müstəqilliyimizlə həmyaşıd olan Azərbaycan İstiqlal Muzeyinin kolleksiyasında nadir sənədlər, fotolar, şəxsi kolleksiyalar, numizmatika nümunələri saxlanır. Muzey təkcə istiqlal tarixini əks etdirən nümunələrin saxlanc yeri kimi çıxış etmir, həm də tariximizi hərtərəfli araşdırır və təqdim edir.
Azərbaycan İstiqlal Muzeyinə virtual səyahəti aşağıdakı keçidlər vasitəsilə izləmək olar: