54 il  eyni rolu oynadı:   Helen Vaqnerin unikal nailiyyətinin hekayəsi
10 iyun 2024 17:51 (UTC +04:00)

54 il eyni rolu oynadı: Helen Vaqnerin unikal nailiyyətinin hekayəsi

Lent.az  “Kinofakt” rubrikasında dünya və Azərbaycan kinosunda baş vermiş maraqlı məqamlar, hadisələr, faktlar barədə məlumat təqdim edəcək. Bu gün rolu ilə birlikdə qocalan, düz 54 il eyni serialda rol alan Helen Vaqnerdən danışacağıq.

Amerikalı aktrisa Helen Vaqner heç vaxt kino şedevrlərində rol almayıb.
Vaqner "serial" aktrisa statusuna sahib idi. O, yalnız "Sabun" operalarının yaradılmasında iştirak edib.

Buna baxmayaraq, adı Ginnesin Rekordlar Kitabına düşüb.

O, eyni rolu  yarım əsrdən uzun bir müddətdə oynadığı üçün rekordçu olub.

Vaqner 1918-ci ilin payızının əvvəlində ABŞ-ın Texas ştatında anadan olub. Monmout Kollecini bitirdikdən sonra Vaqner aktrisalığa başlayıb. 1950-ci illərdə bir neçə teleserialda rol alıb. 1956-cı ildə aktrisa ilk dəfə “Dünya fırlanan kimi” televiziya serialında Nensi Hughes rolunu oynayıb və bu rol onun taleyinə çevrilib.

Bu “Sabun operası" uzunömürlü oldu və düz 54 il davam elədi. Dünyanın ən uzunömürlü serialı kimi rekordlar kitabına daxil edildi. Ümumilikdə 54 mövsüm və 14 minə yaxın seriya nümayiş olundu.

Nensi Hughes 1956-cı ildən 2010-cu ilə qədər serialda aktiv personaj olaraq qaldığı üçün  aktrisa Helen Vaqner öz rolu  ilə birlikdə qocaldı.

Vaqner 2010-cu il mayın 1-də 91 yaşında vəfat edib. “Dünya fırlanan kimi” serialı aparıcı aktrisalardan biri olmadan uzun sürməyib. Son bölüm 2010-cu il sentyabrın 17-də yayımlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1719
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar