40 ildir dəbdən düşməyən  rok-ballada: gizli sevgi etirafının  tarixçəsi
25 may 2026 15:43 (UTC +04:00)

40 ildir dəbdən düşməyən rok-ballada: gizli sevgi etirafının tarixçəsi

0

Amerikanın məşhur "REO Speedwagon" qrupunun 1984-cü ildə işıq üzü görən "Can’t Fight This Feeling" rok-balladası, aradan 40 ildən çox vaxt keçməsinə baxmayaraq, kollektivin ən tanınmış və yadda qalan mahnısı olaraq qalmaqdadır.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, qrupun vokalçısı Kevin Kronin illərlə üzərində işlədiyi bu rok hitinin mətni üçün öz real həyatından və yaşadıqlarından ilhamlanıb. Kronin 2007-ci ildə verdiyi bir açıqlamada, öz dost mühitində olan bir qıza qarşılıqsız aşiq olduğunu və bu hissləri uzun müddət gizli saxladığını etiraf edib. O, qızı daha yaxından tanıdıqca hisslərinin daha da gücləndiyini, lakin bunu etiraf edə bilmədiyi üçün bu duyğuların mahnıya çevrildiyini bildirib.

Bu səmimi hisslərdən yaranan bəstə qısa müddətdə böyük uğur qazanaraq 1985-ci ilin mart ayında ABŞ-ın nüfuzlu "Billboard Hot 100" çartında birinci pilləyə yüksəlib və bu mövqeyini üç həftə boyunca qoruyub saxlayıb.

Beləliklə, "Can’t Fight This Feeling" qrupun digər məşhur hiti "Keep On Loving You"dan sonra "REO Speedwagon"un tarixində çartlarda ən uzun müddət zirvədə qalan layihəsi kimi tarixə düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 172

Oxşar yazılar