Ötən ilin ən çox zərər edən və ən çox qazanc gətirən filmlərinin siyahısı açıqlanıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, çəkilişlərdən tutmuş marketinq və açıq hava reklamlarına qədər bütün xərcləri nəzərə alaraq hesablamalar aparılıb.
Ən uğursuz filmlər bunlar olub
1. "Joker 2" – 144 milyon dollar zərər.
2. "Furiosa" – 119 milyon dollar zərər.
3. "Borderlands" – 80 milyon dollar zərər.
4. "Megalopolis" – 75 milyon dollar zərər.
5. "Ovçu Kreyven" – 70 milyon dollar zərər.
Bu filmlər, baxmayaraq ki, böyük gözləntilərlə çəkilib və təbliğ olunub, studiyalar üçün maliyyə itkiləri ilə nəticələnib.
Ən çox xalis qazanc gətirən filmlər isə bunlardır
1. "Duyğuların Oyunu 2" – 650 milyon dollar qazanc.
2. "Moana 2" – 415 milyon dollar qazanc.
3. "Dedpul və Rosomaxa" – 400 milyon dollar qazanc.
4. "Mən, Pis Adam 4" – 370 milyon dollar qazanc.
5. "Əzazil" – 230 milyon dollar qazanc.