Kamil Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalanıb
19 iyul 2011 19:25 (UTC +04:00)

Kamil Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalanıb

Lent.az-ın “AzərTAc” agentliyinə istinadən verdiyi məlumata görə, sərəncamda 2011-ci ilin oktyabr ayında müasir Azərbaycan xalça rəssamlığı sənətinin görkəmli nümayəndəsi, Azərbaycan Respublikasının xalq rəssamı Kamil Müseyib oğlu Əliyevin 90 illiyinin tamam olduğu qeyd olunur.

Dövlət başçısı Azərbaycan xalçaçılığı və dekorativ-tətbiqi sənətinin qədim ənənələrinin qorunub saxlanılmasında və inkişaf etdirilməsində mühüm xidmətləri olan, əsərləri öz orijinallığı və monumentallığı ilə səciyyələnərək mədəniyyətimizin parlaq səhifəsini təşkil edən Kamil Əliyevin 90 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının təkliflərini nəzərə almaqla tədbirlər planını hazırlayıb həyata keçirməyi, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etməyi tapşırıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 803

Oxşar yazılar