Rusiyada Azərbaycan Mədəniyyəti günləri başlayıb
Nazir Əbülfəs Qarayev: “Mədəniyyətlərin mübadiləsi iki xalq arasındakı körpüləri qısaldacaq və onları daha da yaxınlaşdıracaq”
İyunun 30-da Moskvada Rusiyada Azərbaycan Mədəniyyəti günlərinin açılışı olub. Lent.az-ın məlumatına görə, “İttifaqlar evi”nin Sütunlu zalında keçirilən açılış mərasimdə çıxış edən Azərbaycan Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev rus və azərbaycan xalqlarının əsrlik dostluq tarixinə istinad edərək, bu səpkidən olan tədbirlərin dostluğun qorunub saxlanmasına və daha da möhkəmlənməsinə xidmət evəcəyini bildirib. Nazir 2 il əvvəl Azərbaycanda “Rusiya ili”nin qeyd edildiyini yada salaraq, “mədəniyyətlərin mübadiləsi iki xalq arasındakı körpüləri qısaldacaq və onları daha da yaxınlaşdıracaq” - dedi. O, Rusiyada Azərbaycan Mədəinyyəti günlərinin yüksək təşkilatçılığı və isti qəbul üçün Rusiya Mədəniyyət Nazirliyinə dərin minnətdarlığını bildirib.
Açılış mərasimində Rusiya mədəniyyət nazirini müavini və Beynəlxalq Mədəni əməkdaşlıq üzrə Rusiya Federasiyasının xüsusi nümayəndəsi Mixail Şvıdkov iştirak edib.
“Azərbaycan Mədəniyyəti günləri”nin bədii hissəsi “Koroğlu” operasından Üvertüra ilə başlayıb. Azərbaycanın xalq artisti, bədii rəhbər Teymur Göyçəyevin başçılıq etdiyi Uşaq-Gənclər simfonik orkestrinin müşayiəti ilə beynəlxalq müsabiqələr laureatları, skripkaçılar - Ceyla və Anar Seyidovlarların, Bakı Muğam müsabiqəsinin qalibi Elməddin İbrahimovun “Qarabağ şikəstəsi”, Bakı Xoreoqrafiya Məktəbinin şagirdləri Çinarə Quliyeva, Zəminə Sadıqzadə, Xamid Cəfərov, Akif Kərimlinin rəqsləri, İsmayıl Yunusovun italyan mahnısı “Camayka”sı və digər ifalar əksəriyyəti ruslardan ibarət olan tamaşaçılaın sürəkli alqışlarıyla qarşılanıb.
“Azərbaycan Mədəniyyəti günləri” çərçivəsində keçirilən tədbir Rusiyanın Tatarıstan Respublikasında davam etdiriləcək.
Tünzalə Vəliqızı,
Moskva

1399