“Ay xanım - Məhsəti Gəncəvi”
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, AMEA-nın müxbir üzvü Rəfael Hüseynovun “Ay xanım - Məhsəti Gəncəvi” adlı kitabı nəşr edilib.
Lent.az-ın AMEA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, kitabda orta əsrlər mənbələri əsasında dahi Azərbaycan şairəsi Məhsəti Gəncəvinin çətinliklərlə dolu həyatı və onun qeyri-adi poetik istedadı ilə bağlı suallara cavab axtarılır.
Kitab Məhsəti Gəncəvinin yaradıcılıq irsinin və zəngin Azərbaycan ədəbiyyatının öyrənilməsinə sanballı töhfədir. Rəfael Hüseynov Məhsəti Gəncəvinin ədəbi irsinin öyrənilməsi üçün belə bir əsaslı tədqiqatın aparılmasını uzun müddət şairənin şəxsiyyəti və yaradıcılığı haqqında mübahisələr və fikir ayrılığı doğurmuş problemləri araşdırmaq və bununla onun şeirlərində əksini tapan düşüncələrə və duyğulara daha real körpü salmaq zərurəti ilə izah edir.
Qeyd edək ki, bu kitab Rəfael Hüseynovun uzun illər apardığı araşdırmaların məhsuludur. O, araşdırmalara hələ sovet dövründə - 70-ci illərin sonu - 80-ci illərin əvvəllərində başlayıb. Ötən müddət ərzində tədqiqatçı sual doğuran məsələləri daha dərindən öyrənmiş, araşdırmanı yeni mənbələr, şairənin həyatı ilə bağlı faktlarla zənginləşdirib.
Kitabda Məhsəti Gəncəvinin bəzilərinin hesab etdiyi kimi, uydurma ədəbi obraz deyil, real tarixi şəxsiyyət olduğu, onun Şərqin qədim şəhərlərinə səyahətləri, dahi şairənin klassik poeziya ilə yaxından tanışlığı, əsərlərində daha təkmil metafor nümunələri, poetik fiqurlardan istifadə etdiyi, şairənin Azərbaycan poeziyasında ilk dəfə olaraq şəhraşub janrına müraciət etdiyi, şəxsiyyəti və yaradıcılığının mahiyyətinə görə Azərbaycan intibahının ən qabaqcıl nümayəndələrindən biri olduğu qeyd edilir.
Tədqiqatda Məhsəti xalqın səsini ucaldan şairə kimi təqdim edilir. Onun yaradıcılığında saray poeziyası ruhu nəzərə çarpmır. Qadın, onun mənəvi haqları, idealları, xəyalları və istəkləri Məhsətinin poeziyasında valehedici ustalıqla əks edilib. Müəllif yazır ki, bu baxımdan hətta ədəbiyyatımızın inkişafının növbəti mərhələlərində Məhsətinin səviyyəsinə yüksələ bilən qeyri bir ustada rast gəlmirik”.
Qeyd edək ki, bu böyük həcmli tədqiqat işində Azərbaycan, rus, tacik, özbək, fars, türk, Avropa dillərində müxtəlif mənbələrə istinad edilib.

1365