Kazinodan 1 milyon dollar  udan qazaxıstanlı cütlük saxlanıldı - SƏBƏB
06 dekabr 2025 18:58 (UTC +04:00)

Kazinodan 1 milyon dollar udan qazaxıstanlı cütlük saxlanıldı - SƏBƏB

0

Avstraliyanın Sidney şəhərindəki kazino¬da gizli kamera və qulaqcıqlardan istifadə edən qazaxıstanlı cütlük 1,18 milyon avstraliya dolları udub.

Lent.az xarici mediaya istinadla bildirir ki, Yeni Cənubi Uels polisinin məlumatına görə, 36 yaşlı qadın və onun 44 yaşlı əri qanunsuz yolla maliyyə gəliri əldə etməkdə ittiham olunaraq saxlanılıb.

İstintaqın versiyasına görə, təqsirləndirilən şəxslər oyun masalarını gizlicə çəkmək üçün miniatür kameranı futbolkadakı Miki Maus şəkilli işarənin içində gizlədiblər. Ötən həftə Kroun kazinosunun əməkdaşları qadının üzərində qadağan olunmuş cihazı görərək, polis çağırıblar.

Məlum olub ki, cütlük gizli yerləşdirilmiş qulaqcıqlar vasitəsilə bir-biri ilə əlaqə saxlayıb və müxtəlif kart oyunlarında necə mərc etməli olduqları barədə təlimat alıblar. Nəticədə kazinonu aldadıblar.

Onların mənzilində aparılan axtarış zamanı digər qumar avadanlığı, bahalı zinət əşyaları və 2000 avro tapılıb. Məlum olub ki, cütlük bu ilin oktyabrında Qazaxıstandan Sidneyə gəlib və həmin gün kazino üzvlüyü üçün müraciət edib.

Sonra onlar bir neçə dəfə böyük məbləğlər udublar ki, bu da kazinonun təhlükəsizlik xidmətində şübhə yaradıb. Təqsirləndirilənlərin hər ikisi girovla buraxılmaqdan imtina edib. Qadın fevralda, onun əri isə 11 dekabrda məhkəmə qarşısına çıxarılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 348

Oxşar yazılar