Özbəkistanın Namanqan və Fərqanə vilayətlərində son iki gündə üçüncü dəfə zəlzələ qeydə alınıb.
Lent.az xəbər verir ki, bu barədə Respublikanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların gücü 2–3 bal təşkil edib.
Bildirilib ki, xəsarət alan yoxdur. Seysmoproqnostik Monitorinq Mərkəzinin məlumatına əsasən, zəlzələnin episentri Namangan vilayətinin Papski rayonu, paytaxt Daşkənddən təxminən 135 km məsafədə yerləşib.
Hadisə nəzarətdə saxlanılır.