Vəkil bürosunda  gəlinini və bacısını güllələdi, ölən var
06 dekabr 2025 15:09 (UTC +04:00)

Vəkil bürosunda gəlinini və bacısını güllələdi, ölən var

0

Türkiyədə vəkil bürosunda qətl törədilib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Kırıkkale şəhərinin Yaylacık məhəlləsində baş verib. Y.E. oğlundan boşanan gəlini Eser E. və onun bacısı Nilgün Geçerlə vəkil bürosunda bir araya gəliblər. Burada tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı Y.E. tapança ilə gəlininə və onun bacısına atəş açıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Lakin Nilgün Geçeri xilas etmək mümkün olmayıb. Eser E.-nin isə vəziyyəti ağırdır.

Polis hadisəni törədən qayınatanın axtarışlarını davam etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 266

Oxşar yazılar