Balakəndə avtobus gözləyən qadını maşın vurub öldürdü
12 oktyabr 2026 00:21 (UTC +04:00)

Balakəndə avtobus gözləyən qadını maşın vurub öldürdü

0

Balakəndə yol-nəqliyyat hadisəsi baş verib, qadın həyatını itirib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə oktyabrın 11-i axşam saatlarında Balakən şəhərinin Rafiq Səmədov küçəsində qeydə alınıb.

Belə ki, minik avtomobili yol kənarında marşrut avtobusu gözləyən rayonun Talalar kənd sakini Xədicə Mustafayevanı vurub.

Hadisə nəticəsində ağır bədən xəsarətləri alan X. Mustafayeva hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 218

Oxşar yazılar