Gəncədə yol-nəqliyyat hadisəsi baş verib, iki qadın xəsarət alıb.
Lent.az-ın xəbərinə görə, hadisə şəhər ərazisində qeydə alınıb.
Hərəkətdə olan iki avtomobil toqquşub.
Qəza zamanı 1998-ci il təvəllüdlü A.Əhmədova və 1991-ci il təvəllüdlü E.Şahbazova nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu