Azarkeşə tüpürən  futbolçu belə cəzalandırıldı
06 dekabr 2025 16:36 (UTC +04:00)

Azarkeşə tüpürən futbolçu belə cəzalandırıldı

0

İngiltərənin “Bernli” klubunun yarımmüdafiəçisi Hannibal Mejibri “Lids” azarkeşinə tüpürdüyü üçün 4 oyunluq diskvalifikasiya alıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, “Bernli” Premyer Liqanın 8-ci turunda öz meydanında “Lids”i 2:0 hesabı ilə məğlub edib. Oyundan sonra qonaq komandanın azarkeşlərindən biri Mejibrinin ona tüpürdüyünü iddia edib.

Mejibrinin hərəkətləri İngiltərə Futbol Assosiasiyası (FA) və Lankaşir polisi tərəfindən araşdırılıb. Nəticədə 22 yaşlı futbolçu günahını etiraf edib, 4 oyunluq cəzaya məruz qalıb və 15 min funt sterlinq məbləğində cərimə olunub.

2025/26 mövsümündə Mejibri bütün turnirlərdə 14 oyun keçirib və bir məhsuldar ötürmə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 334

Oxşar yazılar