Dünyanın düz olduğunu iddia edənlərə fürsət - Sübut edən şəxs 3 milyard dollar alacaq
07 dekabr 2025 00:44 (UTC +04:00)

Dünyanın düz olduğunu iddia edənlərə fürsət - Sübut edən şəxs 3 milyard dollar alacaq

0

“Columbia Sportswear” şirkətinin baş direktoru Tim Boyl, Dünyanın düz olduğunu sübuta yetirən şəxsə 3 milyard dollarlıq ailə şirkətini verəcəyini vəd edib.

Lent.az xəbər verir ki, Boyle, planetin fiziki sonunun olduğunu sübut edə bilən və o biri tərəfdəki uçurumu real fotoşəkillə göstərə bilən şəxsə ailə şirkətini verəcəyini açıqlayıb.

Onun sərvətinin təxminən 1,6 milyard dollar olduğu təxmin edilir. Lakin, 1938-ci ildən bəri fəaliyyət göstərən ailə şirkətinin ümumi dəyəri 3 milyard dollara çatır.

Boyl həmçinin təklifin heç bir hüquqi prosedur, əlavə şərt və ya sənədləşmə olmadan keçərli olduğunu bildirib.

“Biz şirkətin bütün aktivlərini hədiyyə edəcəyik. Hamısını. Heç bir şərt qoyulmur”, - o deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 158

Oxşar yazılar