Kofe sutkanın müxtəlif vaxtlarında orqanizmə fərqli təsir edir. Buna görə də bir çox mütəxəssis saat 14:00-dan sonra kofeinli içkilər içməməyi məsləhət görür. İlk fincandan dərhal sonra enerji artımından tutmuş, tualetə tez-tez getməyə və günün ikinci yarısında gücsüzlüyə qədər kofe insan orqanizminə və beyninə nəzərəçarpacaq dərəcədə təsir edir.
Bu barədə Lent.az məlumat verir:
Kofe necə ayıldır
Səhər kofesi güclü oyanıqlıq hissi yarada bilər. Kofein ürək döyüntülərini sürətləndirir, mərkəzi sinir sistemini stimullaşdırır, əzələlərdə əsnəmə (titrəmə) yarada bilər və mədə şirəsinin ifrazını artırır. İçki həddindən artıq qəbul edildikdə, o, həyəcan və əsəbilik yarada bilər, buna görə də kofe içməzdən əvvəl nəsə yemək faydalıdır.
Niyə kofedən sonra tualetə getmək istəyirsiniz
Kofe bağırsağı stimullaşdırır, bu xüsusilə içkini acqarına içdikdə hiss olunur. Adətən səhər kofesindən bir neçə saat sonra defekasiya (nəcis ifrazı) üçün çağırışlar yaranır. Bağırsağın peristaltikası zəif olanda kofe həzm proseslərini sürətləndirməyə kömək edir. Yüngül işlədici təsir özünü ishal şəklində göstərə bilər, kofein isə əlavə olaraq böyrəklərdə suyun saxlanılmasına cavabdeh olan hormonun ifrazını azaldır, bu da sidiyə getmə tezliyini artırır.
Niyə kofedən sonra yorğunluq yaranır
Səhər kofesinin enerji effekti zamanla azalır. Kofein yuxululuq yaradan neyromediator adenozini bloklayaraq təsir göstərir. Kofeinin təsiri zəifləyəndə, toplanmış adenozin yenidən reseptorlarla birləşir və qəfil yorğunluq hissi yaradır. Elə həmin vaxt baş ağrıları, əsəbilik, diqqətin zəifləməsi və əhvalın enməsi də yarana bilər bunlar kofeindən imtinanın tipik əlamətləridir.
Axşam kofesinin yuxuya təsiri
Kofein orqanizmdə 10-12 saata qədər qala bilər. İçkinin gec içilməsi yuxunu poza bilər. Yuxunun keyfiyyətli olması üçün saat 14:00-dan sonra kofe içməmək daha yaxşıdır. Gec içilən kofe dərin, bərpaedici yuxunun müddətini azaldır, səthi yuxunun payını isə artırır ki, bu da orqanizm üçün daha az faydalıdır.