Qadını əri küçədə bıçaqladı-YENİLƏNİB
07 dekabr 2025 19:38 (UTC +04:00)

Qadını əri küçədə bıçaqladı-YENİLƏNİB

0

Gəncədə həyat yoldaşını bıçaqlayan şəxs tutulub.

Lent.az APA-ya istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 35 yaşlı M.Məhərrəmov saxlanılıb.

Araşdırmalar davam etdirilir.

***

saat 19.01

Gəncədə qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Şəhər sakini 1993-cü il təvəllüdlü Ə.Məmmədova bıçaqlanma diaqnozu ilə xəstəxanaya çatdırılıb.

Qadın dərhal əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə qadın həyat yoldaşı tərəfindən küçədə bıçaqlanıb.

Hazırda hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1034

Oxşar yazılar