Solğun sifət nadir xəstəliyin əlaməti ola bilər – XƏBƏRDARLIQ
06 dekabr 2025 20:00 (UTC +04:00)

Solğun sifət nadir xəstəliyin əlaməti ola bilər – XƏBƏRDARLIQ

0

Sizin üçün adi olmayan üz solğunluğu təkcə yorğunluq əlaməti olmaya bilər. Həkimlər xəbərdarlıq edirlər ki, bu, nadir qan xərçəngi növü kəskin mieloid leykozun mümkün simptomlarından biri ola bilər.

Lent.az bu xəstəliklə bağlı məlumatları təqdim edir:

Əgər üzünüzün “həddindən artıq solğun” göründüyünü hiss etmisinizsə və bu, sizin üçün adi hal deyilsə, mütəxəssislər ailə həkiminə müraciət etməyi tövsiyə edirlər. Bu əlamət ciddi xəstəlikdən xəbər verə bilər. Böyük Britaniyanın Milli Səhiyyə Xidməti xəbərdarlıq edir ki, əgər sifətiniz çox solğun görünürsə, bu, orqanizminizdə hər şeyin qaydasında olmadığının göstəricisi ola bilər. Həkimlərin sözlərinə görə, belə hal bəzən kəskin mieloid leykoz (KML) adlanan xəstəliyə işarə edə bilər. KML sümük iliyində inkişaf edən qan xərçəngi növüdür, burada müəyyən ağ qan hüceyrələri (leykositlər) düzgün olmayan şəkildə yaranmağa və işləməyə başlayır. Bu, ciddi xəstəlik olsa da, kifayət qədər nadir rast gəlinir və daha çox 75 yaşdan yuxarı insanlarda müşahidə olunur. Xəstəliyin əlamətləri adətən qısa müddət ərzində cəmi bir neçə həftə ərzində ortaya çıxır və daha nəzərəçarpan olur. Üz rənginin dəyişməsi ilə yanaşı, xəstəliyin digər əlamətləri bunlar ola bilər:

daimi yorğunluq və ya zəiflik hissi;
təngnəfəslik (nəfəs darlığı);
tez-tez infeksiyalar;
qeyri-adi və tez-tez göyərmələr və ya qanaxmalar (məsələn, diş ətlərinin qanaması);
qəfil arıqlama;
gecə tərləmələri;
dəridə yastı qırmızı və ya bənövşəyi ləkələrin əmələ gəlməsi;
sümüklərdə və oynaqlarda ağrı;
qarında ağırlıq və ya diskomfort hissi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 200

Oxşar yazılar