Tulin Ələkbərova və tələbəsi həbs edildi  -YENİLƏNİB
06 dekabr 2025 22:44 (UTC +04:00)

Tulin Ələkbərova və tələbəsi həbs edildi -YENİLƏNİB

0

Saxlanılan xanım boksçu Tülin Ələkbərova və tələbəsi Abbas Rəhimli barəsində həbs qərarı çıxarılıb.

Lent.az xəbər verir ki, Abşeron rayon Məhkəməsinin qərarı ilə onların hər ikisi barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

***

05.12.2025

09:53

Abşeron rayonu ərazisində baş vermiş quldurluq cinayətinə görə boksçu kimi tanınan Tulin Ələkbərova və onun tələbəsi saxlanılıb.

Lent.az-ın əldə etdiyi məlumatına görə, dekabrın 4-də onlar 21 yaşlı şəxsə kəsici alətlə xəsarət yetirib, quldurluq yolu ilə onun 110 manat pulunu ələ keçirməkdə şübhəli bilinirlər.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə 21 yaşlı Tulin Ələkbərova və 19 yaşlı Abbas Rəhimli tutulublar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2143

Oxşar yazılar