Astarada anasını döyən oğul  həbs olundu
06 dekabr 2025 19:33 (UTC +04:00)

Astarada anasını döyən oğul həbs olundu

0

Astarada oğul anasını döyüb.

Lent.az xəbər verir ki, hadisə Astara şəhərində qeydə alınıb.

 26 yaşlı Vüqar Nəzərov (ad və soyad şərtidir) narkotik və psixotrop maddələrin təsiri altında anası ilə mübahisə edib. Mübahisə zamanı Vüqar anasına şillə ilə iki dəfə zərbə vurub.

O, ifadəsində anasının ona soyuq və laqeyd münasibət göstərdiyini deyərək, bundan gileylənib. Vüqar hadisənin məhz bu səbəbdən baş verdiyini bildirib.

O, qadının şikayəti əsasında polis tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) və 206-cı (qanunsuz olaraq narkotiklərin istehlakı, şəxsi istifadə üçün hazırlanması, daşınması, saxlanılması və ya göndərilməsi) maddələrilə protokol tərtib olunub.

Astara rayon Məhkəməsinin qərarı ilə Vüqar Nəzərov barəsində 2 aylıq inzibati həbs cəzası verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 278

Oxşar yazılar