Diabet və dişlər arasında nə əlaqə var? - Alimlər açıqladı
07 dekabr 2025 07:32 (UTC +04:00)

Diabet və dişlər arasında nə əlaqə var? - Alimlər açıqladı

0

Alimlər şəkər diabeti və ağız sağlamlığı arasındakı birbaşa əlaqəni açıqlayıb.

Lent.az xəbər verir ki, araşdırmalara görə, diabetli insanlarda ağız quruluğu, diş çürüməsi, diş əti iltihabı, göbələk infeksiyaları və diş itkisi kimi problemlər çox yayğındır, lakin tez-tez diqqətdən kənarda qalır.

Qanda şəkərin yüksək olması damar və sinirlərə zərər verir, yaraların sağalmasını ləngidir və infeksiyalara qarşı mübarizəni çətinləşdirir. Bu səbəbdən ağız boşluğu diabet üçün ən həssas bölgələrdən biridir.

Mütəxəssislər bildirirlər ki, ağız sağlamlığının pisləşməsi qanda şəkərə nəzarəti çətinləşdirir, şəkərin düzgün idarə olunmaması isə əksinə, diş və diş əti problemlərini daha da ağırlaşdırır. Diabet zamanı slinyadakı şəkər bakteriyaların çoxalmasını sürətləndirir və diş ətinin zədələnməsinə səbəb olur.

Həkimlər diabetli insanlara şəkərə nəzarət etməyi, ağız gigiyenasına ciddi yanaşmağı və müntəzəm olaraq stomatoloqa müraciət etməyi tövsiyə edirlər. Bu, həm qidalanmanı yüngülləşdirir, həm də diabetin ümumi idarə olunmasına kömək edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 226

Oxşar yazılar