Kim Kardaşyandan  ETİRAF: "Yatağımı heç kimlə bölüşmək  istəmirəm"
14 noyabr 2025 11:09 (UTC +04:00)

Kim Kardaşyandan ETİRAF: "Yatağımı heç kimlə bölüşmək istəmirəm"

0

Kanye “Ye” West-dən boşandıqdan sonra təxminən beş ildir tək yaşayan Kim Kardaşyan uzun müddət subay qalmağın ona yaratdığı rahatlığa alışdığını və buna görə də yeni münasibətə ehtiyatla yanaşdığını bildirib. Ulduz, “Uzun müddət subay qaldıqca daha çox rahatlaşırsınız; bir müddətdən sonra yatağınızı belə biri ilə bölüşmək cazibədar görünmür” sözləri ilə diqqət çəkib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, çəkilişlər zamanı aktrisa Sara Paulson Kardaşyanın özünü və xüsusilə uşaqlarını qorumaq üçün ətrafına görünməz bir “divar” çəkdiyini söyləyib. O, Kim-in uşaqlarına görə hər şeyi ciddi şəkildə nəzarətdə saxlamağa çalışdığını qeyd edərək, “Sənin həyatında böyük bir sevginin də yaşanmasını istəyirəm,” deyə bildirib.

Kardaşyanın Kanye West ilə evliliyindən North (12), Saint (9), Chicago (7) və Psalm (5) adlı dörd övladı var.

Bütün ehtiyatlı yanaşmalarına baxmayaraq, Kim Kardaşyan sevgini tamamilə rədd etmir. O, doğru insanla qarşılaşacağı təqdirdə münasibətə yenidən hazır olacağını qeyd edib: “Mən romantik insanam. Doğru adam çıxdıqda hazır olacağam. Hər şey öz yolunu tapar.”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 498

Oxşar yazılar