Rəssam Teymur Rüstəmovun “…Dünən, bu gün, sabah...” adlı fərdi sərgisi olub
Lent.az-ın məlumatına görə, sərgidə müəllifin 25 işi nümayiş etdirilib.
Sərgidə 2009-cu ildə Azərbaycan ekspozisiyasının bir hissəsi kimi, məşhur Venesiya biennalesində nümayiş etdirilən multimediya instalyasiyası “I TRUST”, “Narkotiklərə yox” mövzusundakı heykəltəraşlıq kompozisiyaları təqdim olunub. Başqa işləri ilə bərabər heykəltəraş tamaşaçılara iştirak etməyi və “Arzular ağacı” adlı interaktiv işində “arzu tutmağı” təklif edib.
Teymur Rüstəmovun işləri təkcə vətəndə deyil, həm də xaricdə - Rusiya, Gürcüstan, Polşa, Almaniya və eləcə də İtaliyada – 53-cü Venesiya biennalesində nümayiş etdirilib.
Teymur Rüstəmov Azərbaycanın populyar müasir rəssamlarından biri, Əzim Əzimzadə adına Rəssamlıq Məktəbi və Tbilisi Dövlət Rəssamlıq Akademiyasının məzunu, Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Teymur Rüstəmov əsasən heykəltəraş kimi tanınır. Lakin o, yalnız heykəltəraşlıqla məşğul olmur. Onun işləri arasında videoart da, dekorativ kompozisiyalar da, instalyasiyalar da vardır.
Teymur Rüstəmov Azərbaycanın tanınmış rəssamları olan Rüstəmovlar xanədanının üzvüdür. O, atası Aslan Rüstəmov və qardaşı Mahmud Rüstəmovla birlikdə Bakıda monumental heykəltəraşlıqla bağlı bir sıra layihələrin həyata keçirilməsində iştirak edib. Bunlar Xocalı faciəsinə həsr edilmiş abidə, Ukrayna dairəsi yaxınlığındakı H. Əliyev parkında Heydər Əliyevin abidəsi və digər layihələrdir.
Sərgi 31 dekabra qədər davam edəcək.
Lalə Yusifqızı

Oxşar yazılar

Qadın hiyləsi haqqında 10 sitat
14 iyul 2025 , 18:35
Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO
14 iyul 2025 , 17:51
Xoşbəxt sonluqla bitməyən 5 SEVGİ FİLMİ - VİDEO
14 iyul 2025 , 14:49Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21