Danimarkanın Odens Universitetinin zirzəmisi tədqiqatçıların diqqət mərkəzindədir.
Lent.az-ın xəbərinə görə, burada 9 500 nəfərin beyni saxlanılır. Bunlar 1945-1980-ci illərdə bir psixiatr tərəfindən toplanıb. Beyinlər ölümdən sonra autopsiya yolu ilə götürülüb. Psixi xəstələrin yaxınları proseslə bağlı məlumatlandırılmayıb.
1929-1967-ci illərdə Danimarkada psixiatriya xəstəxanalarına düşənlər məcburi qaydada sterilizasiya olunurdular. Məqsəd onların nəsil artırmasının qarşısını almaq idi. Sonradan qərar ləğv edilsə də, 1990-cı ilədək onlar yalnız xüsusi icazə ilə evlənə bilərdilər.
1982-ci ilədək hər ölənin meyiti təşrih edilirdi və bu, normaya çevrilmişdi.
Sözügedən kolleksiya kənarda gizli saxlansa da, 2018-ci ildə Universitetə verilib. Burada alimlər bir çox psixi xəstəliklə bağlı tədqiqat aparıblar.