Alimlər Everestdən 4,5 dəfə yüksək yeraltı dağlar aşkar ediblər.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, yeraltı dağ silsilələrinin bəziləri 38 kilometrə çatır.
Tədqiqatçıların fikrincə, onlar Yerin nüvəsinin və mantiyasının kənarında təxminən 3000 kilometr dərinlikdə gizlənirlər. Nəzəriyyələrə görə, bu yeraltı dağlar Yer kürəsinin dərinliyindəki qədim okean qabıqlarının qalıqlarıdır. Başqa bir nəzəriyyə iddia edir ki, bunlar mantiyanın nüvənin qızdırdığı hissələridir.
Qeyd edək ki, Everest 8,8 kilometr hündürlüyü ilə Yer kürəsində ən hündür dağ hesab olunur.