Xəstəxanada toy mərasimi keçirilib.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, qeyri-adi hadisə İsraildə baş verib.
Bəy vəziyyəti pisləşən anasının toyda iştirak etməsi üçün xəstəxanada toy təşkil edib.
İnternetdə yerləşdirilən videoda xəstə qadınla çarpayı ətrafında toplaşan qonaqlar əks olunub. Onlar mahnılar oxuyub, evlənən cütlüyü təbrik ediblər.
Toydan bir neçə saat sonra ana ölüb.