Avstraliyada aşkar edilən üçgözlü ilan elm adamlarının hədsiz marağına səbəb olub.
Lent.az-ın məlumatına görə, Avstraliyanın Şimal Ərazi Parkları və Vəhşi Təbiət Xidməti sözügedən ilanın fotolarını paylaşıb.
Qeyri-adi məxluq yerli mühafizəçilər tərəfindən tapılıb. Tədqiqatçıları daha çox ilanın 3-cü gözü maraqlandırıb. 3-cü gözün aktiv olub-olmaması yoxlanılıb.
Rentgen şüaları ilanın iki ayrı başı olmadığını, işlək olan 3 gözün bir kəllə sümüyünə malik olduğunu göstərib.
Alimlər hesab edirlər ki, heyvanda üçüncü göz ekologiyanın təsiri ilə yaranmayıb. Əsas versiya embrion mutasiyadır.