Timsahlar fermadan qaçdılar: onları xüsusi polis dəstəsi axtarır  -VİDEO
05 mart 2021 18:41 (UTC +04:00)

Timsahlar fermadan qaçdılar: onları xüsusi polis dəstəsi axtarır -VİDEO

Timsahlar Cənubi Afrikadakı Qərbi Kapsk bölgəsindəki bir fermadan qaçıb.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, onların axtarışı ilə xüsusi polis dəstəsi məşğul olur.

Fermadan qaçan timsahların sayı məlum deyil. Amma artıq 27 timsah fermaya qaytarılıb. 

İlkin məlumata görə, timsahlar qırılmış çəpərdən keçməklə Bride çayına girə bilərdilər.
 

Timsahlar fermadan qaçdılar

# 1854
avatar

Oxşar yazılar