Bakıdakı  tarixi binalar  - Bu ad kim tərəfindən və necə verilir?
03 noyabr 2025 17:23 (UTC +04:00)

Bakıdakı tarixi binalar - Bu ad kim tərəfindən və necə verilir?

0

Bir neçə gündür kütləvi informasiya vasitələrində Bakının köhnə “Sovetski” adlanan ərazisində tarixi əhəmiyyətli binaların söküntüsü ilə bağlı xəbərlər, eləcə də görüntülər yayılır, etirazlar edilir.

Bəs görəsən, onlar həqiqəti əks etdirirmi? Ümumiyyətlə “tarixi bina” statusu, tarixi binaların qeydiyyata alınma prosesi necə və hansı meyarlarla aparılır?

Sovetski”də tarixi binalar sökülür? Rəsmi Cavab | Icma.az

Mədəniyyət Nazirliyindən Lent.az-ın sorğusuna bildirildi ki, daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına daxil olmayan, lakin tarix, memarlıq və arxeoloji əhəmiyyət daşıyan obyektlərin abidə qismində dövlət qeydiyyatına alınması üçün Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən monitorinq aparılır.

Mədəniyyət Nazirliyi : Strukturu, Hədəfləri - 2025 - Xaricdə Təhsil

“Eyni zamanda vətəndaşlar da sözügedən məsələ ilə bağlı müraciət edə bilərlər. Qeyd olunan siyahının yenilənməsi üçün Mədəniyyət Nazirliyi yanında daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurasının üzvlərinin iştirakı ilə keçirilən iclaslarda daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına daxil edilməsi üçün təqdim edilən tarix, memarlıq və arxeoloji əhəmiyyət daşıyan obyektlər barədə məlumatlar təhlil edilir, müzakirələr aparılır. Daha sonra qanunvericiliyə uyğun olaraq, Dövlət Xidməti tərəfindən həmin obyektlərin memarlıq dəyəri, tarixi və arxeoloji əhəmiyyətinin qiymətləndirilməsi məqsədilə AMEA-nın müvafiq institutlarına rəy verilməsi üçün müraciət olunur. Verilən rəy müsbət olarsa həmin obyektlərin siyahıya daxil edilməsi üçün müvafiq tədbirlər görülür”.

Görünən odur ki, binalara tarixi statusun verilməsi çoxsaylı müzakirə və araşdırmalar nəticəsində təyin olunur. Bəs görəsən, sökülən binalar həqiqətənmi tarixi əhəmiyyətli abidələr siyahısına aiddir?

Baki şəhər İcra Hakimiyyəti mətbuat xidmətindən bildirildi ki, osial şəbəkələrdə bəzi şəxslər tərəfindən Bakının Yasamal rayonunda, “Sovetski” adlanan ərazidə guya arxitektur binaların sökülməsi ilə bağlı əsassız məlumatlar paylaşılır:

Bakı ŞİH Binası - Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında  Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti

“Bu cür paylaşımlar ictimaiyyəti çaşdırmaq və süni narazılıq yaratmaq məqsədi daşıyır. “Sovetski” ərazisində ümumilikdə 150-yə yaxın tarixi bina qorunub saxlanılır. Bu işlərin gedişinə nəzarət etmək üçün bir neçə dövlət qurumunun nümayəndələrinin iştirakı ilə xüsusi Komissiya da yaradılıb.

Komissiya tərəfindən ərazidəki bütün arxitektur binaların tam siyahısı hazırlanıb. Hazırda yalnız istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan tikililərin söküntüsü həyata keçirilir. Bu proses tarixi binalara zərər yetirilmədən aparılır.

Qəzalı binaların söküntüsü başa çatdıqdan sonra isə ərazidə yerləşən arxitektur tikililərin bərpası, restavrasiyası və özüllərin bərkidilməsi işlərinin görülməsi planlaşdırılır. Bir daha qeyd edirik ki, söküntü yalnız təhlükəli və yararsız vəziyyətdə olan binalara şamil olunur. Ərazidə yaşayan sakinlərə isə bazar dəyərinə uyğun kompensasiya ödənilir. “Sovetski”də aparılan bütün proseslər qanun çərçivəsində və xüsusi Komissiyanın nəzarəti altında həyata keçirilir”.

Həmçinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən də, qeyd olundu ki, tarixi abidə statuslu binalar dövlət mühafizəsində olduğu üçün sökülməsi mümkünsüzdür.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Zaqatalada vətəndaşlarla  görüşəcək - AZƏRTAC

Qurumların hər biri tarixi əhəmiyyətli binaların sökülməsi ilə bağlı iddiaları təkzib edir, zaman-zaman eyni məzmunlu, lakin şəhərin müxtəlif yerlərində “binalar sökülür” adlı xəbərlər hansı məqsədə xidmət edir? Bax, bunların cavabını heç vaxt tapa bilməyəcəyik.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 594

Oxşar yazılar