Milli Basketbol Asossiasiyası (MBA) əfsanəvi “Los-Anceles Leykers” komandasının satışını təsdiqləyib.
Lent.az-ın xarici mediaya istindla xəbərinə görə, funksioner Mark Uolter əfsanəvi klubu idman tarixində rekord olan 10 milyard avroya alıb.
MBA komissarı Adam Silver mülkiyyət dəyişikliyi ilə bağlı şərh verib və müqaviləni təsdiqləyib:
"Mark Uolterin liqalarımızla uzun illər işləmək təcrübəsi var. On ildən çoxdur ki, o, "Leykers"in minoritar sahibi və "Sparks"ın əksəriyyət sahibi olub. Əminəm ki, klubun nəzarətini öz üzərinə götürdükdən sonra o, idman və biznes sahəsindəki təcrübəsi sayəsində özünü sadiq lider kimi sübut edəcək və cəmiyyətimizin dəyərli üzvü olacaq.
Həmçinin, “Leykers”in irsini formalaşdıran qırx ildən çox liderlik dövrünə görə Cina Bass və ailəsinə minnətdarlığımı bildirmək istəyirəm. Uolter indi nəzarəti öz üzərinə götürsə də, Cinanın sükan arxasında qalacağından və MBA-nın inkişafında mühüm rol oynamağa davam edəcəyindən məmnunam”.