İspaniya çempionu "Barselona" Almaniya çempionu "Bavariya" və İngiltərə millisinin hücumçusu Harri Keynlə maraqlanır.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, 32 yaşlı futbolçu karyerasını Kataloniya klubunda davam etdirmək istəyir.
London klubu "Tottenhem" isə Keyni geri qaytarmaqda maraqlıdır. Səudiyyə Ərəbistanı klubları da onun xidmətlərində maraqlıdır.
Keyn bu mövsüm bütün yarışlarda 15 oyunda meydana çıxıb, 22 qol vurub və üç məhsuldar ötürmə edib.
Onun "Bavariya" ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.
"Transfermarkt" Keynin transfer dəyərini 75 milyon avro olaraq qiymətləndirir.