Ərzurumda Salih Aybaş Nermin Tiriti küçədə təqib edərək eyni silahla intihar etməzdən əvvəl onu güllələyərək öldürüb. Məlumata görə, Aybaş iki il əvvəl Tiritə qarşı hərəkətlərinə görə həbs edilib və oktyabrın 22-də azadlığa buraxılıb.
Lent.az-ın Türkiyə mediasına istinadla xəbərinə görə, Ərzurumda oktyabrın 22-də həbsxanadan azadlığa buraxılan Salih Aybaş səhər saatlarında Nermin Tiriti küçənin ortasında güllələyərək öldürüb və sonra eyni silahla özünü vurub. Aybaşın iki il əvvəl Tiritə qarşı zorakılıq hərəkətlərinə görə həbs olunduğu və cəmi 10 gün əvvəl azadlığa buraxıldığı məlum olub.

Hadisə səhər saatlarında Yakutiye rayonunun Ömer Nasuhi Bilmen məhəlləsində baş verib. İddiaya görə, Salih Aybaş bir müddətdir izlədiyi Nermin Tiriti küçənin ortasında təqib etməyə başlayıb. Tirit yaşayış kompleksinin bağçasında sığınacaq axtararkən Aybaş tərəfindən vurularaq öldürülüb. Aybaş daha sonra eyni silahla intihar edib.
Məlumata görə, Nermin Tirit Ərzurum Texniki Universitetində təmizlik işçisi kimi çalışıb. Şübhəli Salih Aybas 2023-cü ildə Tiritə qarşı zorakılıq, təhdid və qəsdən adam öldürməyə cəhd ittihamları ilə həbs olunub. O, təxminən iki il həbsdə qaldıqdan sonra oktyabrın 22-də azadlığa buraxılıb.