Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Lent.az xəbər verir ki, məhkəmədə Rəşid Babayevin 9 il azadlıqdan məhrum edilməsi barədə hökmü elan edilib.
Xatırladaq ki, prosesdə araşdırılan hadisə 2024-cü ilin mayında Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib. Qəsəbə sakini Roman Əsgərov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilib və orada da həyatını itirib.
Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Əsgərovu qətlə yetirməkdə şübhəli bilinən həmin qəsəbənin sakini narkotiklərlə əlaqəli cinayətlərə görə əvvəllər məhkum olunmuş Rəşid Babayev saxlanılıb.
Fərqanə Novruzova