Bloqer Hüseyn Həsənov yenidən axtarışa verildi
04 noyabr 2025 10:14 (UTC +04:00)

Bloqer Hüseyn Həsənov yenidən axtarışa verildi

1

Rusiyada milyonlarla izləyicisi olan bloqer Hüseyn Həsənov yenidən axtarışa verilib.

Lent.az xəbər verir ki, bu barədə məlumat Rusiya Daxili İşlər Nazirliyinin məlumat bazasında yer alıb.

Nazirlik bloqerin Cinayət Məcəlləsinin maddəsi üzrə axtarıldığını göstərib.

Xatırladaq ki, bu ilin mayında Moskvanın Çertanovski Rayon Məhkəməsi Həsənovu qiyabi olaraq həbs edib. O, xüsusilə böyük məbləğdə pul vəsaitlərinin leqallaşdırılmasında ittiham olunur. Bu maddə üzrə bloqeri yeddi ilədək həbs cəzası gözləyir. Həmin vaxt DİN onu artıq axtarışa verib və məlumat bazasında onun barəsində qeyd açılıb.

2024-cü ildən Həsənov Rusiyada yaşamır — bəzi məlumatlara görə, o, Azərbaycana köçüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 686

Oxşar yazılar