Kamçatkada sutka ərzində 60-a yaxın zəlzələ oldu
04 noyabr 2025 02:32 (UTC +04:00)

Kamçatkada sutka ərzində 60-a yaxın zəlzələ oldu

0

Kamçatkada son sutka ərzində təxminən 60 seysmik hadisə baş verib, onlardan altısı hiss olunub.

Lent.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialı TASS-a məlumat verib.

Qurumdan bildirilib ki, Pетropavlovsk-Kamçatski şəhərində sakinlər 4 bala qədər yeraltı təkanları hiss ediblər:

“Son 24 saat ərzində 58 zəlzələ qeydə alınıb, onlardan 6-sı şəhər sakinləri tərəfindən hiss olunub.”

Məlumata görə, bölgədə seysmiklik səviyyəsi yüksək olaraq qalır. Baş verən təkanlar 30 iyul zəlzələsindən sonrakı afterşoklar kimi qiymətləndirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 298

Oxşar yazılar