Türkiyədə azərbaycanlı 20 yaşlı sevgilisini  öldürdü
03 noyabr 2025 19:49 (UTC +04:00)

Türkiyədə azərbaycanlı 20 yaşlı sevgilisini öldürdü

0

Bursada Rusiya vətəndaşı 20 yaşlı Arzu Xəlilovaya azərbaycanlı sevgilisi 27 yaşlı S.M. 75 bıçaq zərbəsi vurub. .

Lent.az-ın Türkiyə KİV-nə istinadla xəbərinə görə, hadisə noyabrın 3-də yerli vaxtla saat 15 radələrində Yıldırım rayonunun Değirmenlikızık məhəlləsindəki 2-ci Birol küçəsindəki bir evdə baş verib. Birlikdə yaşayan Arzu Xəlilova ilə sevgilisi S.M. arasında mübahisə tez bir zamanda davaya çevrilib. 

Dava zamanı S.M. Xalılovaya bıçaqlamağa başlayıb. Qonşular evdən gələn səsləri eşidib xəbər verdikdən sonra hadisə yerinə polis və təcili yardım işçiləri göndərilib. Əlində bıçaq olan S.M. saxlanılıb. Bədəninin müxtəlif yerlərində 75 bıçaq zərbəsi alan Arzu Xəlilova təcili yardım maşını ilə xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 646

Oxşar yazılar