Yatmazdan əvvəl qəbul etməməli olduğunuz üç məşhur vitamin
03 noyabr 2025 17:57 (UTC +04:00)

Yatmazdan əvvəl qəbul etməməli olduğunuz üç məşhur vitamin

0

Bəzi vitamin əlavələri yuxuya mane ola və digər qida maddələrinin mənimsənilməsinə təsir göstərə bilər. Mütəxəssislər bildirir ki, bütün vitaminləri gecə qəbul etmək olmaz.

Lent.az həmin vitaminlər barədə xəbər verir.

B12 vitamini

B qrup vitaminləri, xüsusilə B12, enerji istehsalında və sinir sisteminin fəaliyyətində mühüm rol oynayır. Buna görə də mütəxəssislər onları günün ilk yarısında qəbul etməyi tövsiyə edir.

Healthcare jurnalında dərc olunmuş araşdırma B12 çatışmazlığının yuxu pozğunluğu ilə əlaqəli ola biləcəyini göstərib.

Tövsiyə olunan gündəlik normativ:

Böyüklər 2,4 mkq, hamilə qadınlar: 2,6 mkq, əmizdirən qadınlar: 2,8 mkq.

Kalsium

Kalsiumu gecə qəbul etmək yuxuya getməni çətinləşdirə bilər. Səbəbi kalsiumun maqneziumla mənimsənilmə uğrunda "rəqabət aparmasıdır". Maqnezium isə əksinə, əzələləri rahatladır və yuxunu yaxşılaşdırır.

Bu səbəbdən kalsium normaya uyğun qəbul edilməlidir. Gündə təxminən 1000 mq.

Multivitaminlər

Multivitaminlər tərkibində yağda həll olan A, D, E və K vitaminlərini daşıdığı üçün onları qida ilə birlikdə, səhər və ya günorta qəbul etmək məsləhətdir. Axşam istifadəsi mədə-bağırsaq narahatlığına və zəif mənimsənilməyə səbəb ola bilər.

NIH-ə görə, balanslı qidalanan insanların çoxuna multivitamin lazım olmur, lakin hamiləlik planlayan və ya əmizdirən qadınlar üçün əlavə faydalı ola bilər.

Yuxunu dəstəkləyən vitamin və minerallar

Maqnezium

Sinir sistemini sakitləşdirir, əzələləri rahatladır. 2024-cü il araşdırmasına görə, yatmazdan 2 saat əvvəl qəbul edildikdə yuxunun keyfiyyətini artırır.

Norma - 310–420 mq (kişilər üçün daha yüksək)

C vitamini

Qanda yüksək C vitamini səviyyəsi daha keyfiyyətli yuxu ilə əlaqələndirilir.

Norma - 75–90 mq (kişilər üçün yuxarı hədd)

Dəmir

Dəmir çatışmazlığı yorğunluğa və yuxu problemlərinə səbəb ola bilər. Lazım olduqda dəmir qəbul etmək yuxunu normallaşdırır.

Norma - kişilər 8 mq, qadınlar 18 mq.

Omega-3 yağ turşuları

2024-cü il tədqiqatı göstərib ki, omega-3 qəbulu yuxu dərinliyini artırır və daha effektiv istirahət təmin edir.

Norma - 1,1–1,6 q/gün.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 548

Oxşar yazılar