Bu rayonlara qar yağır - FAKTİKİ HAVA
04 noyabr 2025 10:38 (UTC +04:00)

Bu rayonlara qar yağır - FAKTİKİ HAVA

0

Noyabrın 4-ü saat 10:00-a olan faktiki hava açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, noyabrın 4-ü saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində arabir yağış, Kəlbəcər, Laçın, Qubadlının yüksək dağlıq ərazilərinə isə qar yağır. Lənkəran-Astara bölgəsində yağıntılar leysan xarakterlidir.

Düşən yağıntının miqdarı Astarada 20, Lənkəranda 16, Şamaxı, Cəlilabad, eyni zamanda Bakı və Abşeron yarımadasında 2, Qəbələ, Qobustan, Xızı, Quba, Yardımlı, Biləsuvar, Sabirabad, Xaltan, Şabran, Şuşa, Xankəndi, Xocavənd, Xocalı, Füzulidə 1 mm-dir.

Daşkəsən, Ağdam, Sarıbaş (Qax), Kişçay (Şəki), Şamaxı, Qrız, Xaltan, Göyçay, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti noyabrın 5-i gündüzədək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 752

Oxşar yazılar