Panik atakdan  ölmək olar?
04 noyabr 2025 09:37 (UTC +04:00)

Panik atakdan ölmək olar?

0

Panik atak zamanı insan özünü o qədər güclü qorxu və narahatlıq içində hiss edir ki, sanki ürək dayanacaq, nəfəs kəsiləcək kimi gəlir. Ürək döyüntüsü sürətlənir, nəfəs çatmır, titrəmə, boğulma hissi yaranır və hətta ölüm qorxusu ortaya çıxır. Lakin bütün bu ağır hisslərə baxmayaraq, panik atak birbaşa ölümə səbəb ola bilməz.

Lent.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Panik atak zamanı bədəndə nə baş verir?

Panik atak başlayanda orqanizm özünü təhlükə içində hiss edir və “qaç və ya vuruş” rejimi aktivləşir, ürək döyüntüsü artır, nəfəs tezləşir, qan əzələlərə yönəlir

Bəzi insanlar çox sürətli nəfəs aldığı üçün hiperventilasiya yaşayır, başgicəllənmə, zəiflik və hətta huş itkisi ola bilər. Bu hallar xoşagəlməz olsa da, həyat üçün təhlükə yaratmır.

Panik atak və ürək sağlamlığı

Ürək-damar xəstəliyi olan insanlarda təkrarlanan panik ataklar ürəyə qanın müvəqqəti zəifləyən axınına səbəb ola bilər. Amma araşdırmalar göstərir ki, panik atak ürək tutmasına səbəb olmur.

Bununla belə, uzunmüddətli stress və narahatlıq arterial təzyiqi yüksəldə bilər, ürək xəstəlikləri riskini artıra və bədəndə iltihabı gücləndirə bilər

Əlavə olaraq, bəzi insanlar stresslə mübarizə üçün zərərli vərdişlərə çox yemək, siqaret, alkoqol, hərəkətsizlik üz tutur, bu isə ürəyə mənfi təsir göstərir.

Panik atakla necə mübarizə aparmalı?

Qorxunu qəbul edin — bu hisslərin keçici olduğunu özünüzə xatırladın

Ətrafınıza fokuslanın — ətrafda gördüyünüz, eşitdiyiniz və hiss etdiyiniz şeyləri sayın

Yavaş və dərin nəfəs alın — bu başgicəllənməni və panikanı azaldır

Mümkündürsə, hərəkətdə qalın — gündəlik fəaliyyət panikanı zəiflədir

Hansı hallarda həkimə müraciət etmək lazımdır?

Panik ataklar tez-tez təkrarlanırsa, simptomlar uzun müddət davam edirsə, ürək ağrısı, ritm pozğunluğu, nəfəs darlığı varsa.

Ağır sinə ağrısı, nəfəsin tam çatmaması, ağrının çənəyə və ya çiyinə yayılması halında dərhal təcili yardım çağırmaq lazımdır. Bu, artıq infarkt əlaməti ola bilər.

Panik atak necə müalicə olunur?

Panik ataklar uğurla idarə oluna bilər:

Koqnitiv-bihevioral terapiya (xüsusilə ekspozisiya terapiyası)

Antidepresantlar və anksiyolitik dərmanlar

Həyat tərzi dəyişiklikləri - idman, meditasiya, nəfəs məşqləri

Məqsəd qorxunu tamamilə yox etmək deyil, ona idarə etməyi öyrənmək və panikanın həyatınıza nəzarət etməsinə imkan verməməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 614

Oxşar yazılar