75 yaşlı italiyalı qadın 22 min km yolu piyada getməyi planlaşdırır.
Lent.az-ın xəbərinə görə, təqaüdçü qadının istəyi məşhur səyyah Marko Polonun hərəkət marşrutunu təkrarlamaqdır.
Milandan yola çıxan qadının son dayanacağı Pekin olacaq. Ora çatmaq üçün 3 il tələb olunur. Səyahət reallaşarsa, qadın Ginnesin Rekordlar Kitabına düşəcək.